Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Deputat Tural Gəncəliyev bildirib ki, İsveçrədə 11% ağdərili müsəlman islamofobiyaya məruz qalır.
Gununsesi.info-nun xəbərinə görə, “Fakt Yoxla” platforması bu iddianın həqiqiliyini yoxladığını bildirib.
Rəsmi statistikaya görə, İsveçrənin əhalisinin yalnız 6%-i müsəlmandır, vətəndaş olan müsəlmanlar isə cəmi 2.8% təşkil edir. 2025-ci il üzrə sorğulara əsasən, müsəlmanların 35%-dən çoxu irqçiliyə məruz qaldığını bildirib. Mümkündür ki, iddiada səsləndirilən “11%” rəqəmi 2019-cu ildə İsveçrədə keçirilmiş ictimai rəy sorğusundakı fərqli bir göstərici ilə qarışdırılıb. Həmin sorğuda respondentlərin 11%-i İslama düşmən münasibət bəslədiklərini ifadə etmişdi. Lakin bu, cəmiyyətin İslam dininə münasibəti ilə bağlı göstəricidir. İddiada vurğulanan “ağdərili müsəlman əhali” ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Tural Gəncəliyevin iddiası yanlışdır.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.