EN

Trampın tavanı da qızıldan olacaq

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisin interyerində bir neçə dəyişiklik etmək, o cümlədən daha çox qızıl bəzək əlavə etmək niyyətindədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, xüsusilə, Oval Ofisin tavanına qızıl bəzək əlavə olunacaq.

Mənbənin sözlərinə görə, hazırda Amerika liderinin ofisində illik planlaşdırılmış təmir işləri aparılır və onun iki həftə ərzində başa çatdırılması gözlənilir.

Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Ağ Evdə 200 milyon dollarlıq bal zalı tikmək qərarına gəlib. Tikinti işlərinə bu ilin sentyabrında başlanacaq və Trampın prezidentliyi başa çatana qədər başa çatdırılacaq.

Xatırladaq ki, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun rəsmi iqamətgahı olan Ağ Ev 1792-ci ildə memar Ceyms Hobenin layihəsinə əsasən tikilməyə başlayıb. Tikintisi 1800-cü il noyabrın 1-də başa çatan bina üçün ərazini Vaşinqton özü seçib. Həmin gün Ağ Evə ABŞ-nin ikinci prezidenti Con Adams da köçüb. Bina 1814-cü ildə baş vermiş yanğından sonra 1815-1817-ci illərdə yenidən qurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
yeniavaz.com

1Sources