EN

ABŞ və Fransa Azərbaycan-Ermənistan sülh sazişini müzakirə etdi

ABŞ-nin Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ və Fransa rəsmiləri bildiriblər ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir.

Onlar Qəzzadakı humanitar vəziyyəti və atəşkəs səylərini, Rusiya-Ukrayna müharibəsinin bitməsi yollarını, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasını və Sudandakı münaqişəni müzakirə ediblər.

Chosen
98
14
news24.az

10Sources