EN

Qarpız miqrenə səbəb ola bilər - Həkimlərdən xəbərdarlıq

Həddindən artıq qarpız yeməyin hansı təhlükələrə səbəb ola biləcəyi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Klivlend Klinikasının mütəxəssisləri xəbərdarlıq ediblər.

Onların fikrincə, həddindən artıq qarpız istehlak etmək miqren və allergiya ilə nəticələnə bilər.

Həkimlərin sözlərinə görə, qarpızın tərkibində çətin həzm olunan karbohidratlar var. Bu da həzm pozğunluğuna səbəb ola bilər.

Digər potensial təhlükə allergik reaksiyalardır. Nadir hal olsa da, qarpız bəzən ciddi reaksiyalara səbəb ola bilir.

Bundan əlavə, qarpız bəzi insanlarda miqrenə səbəb olur. Xüsusən də, artıq miqrendən əziyyət çəkənlər üçün bu meyvə olduqca təhlükəlidir. Belə insanlarda qarpız miqreni oyada bilir.

Tədqiqatlar göstərib ki, qarpız yedikdən sonra insanların qanında nitrit səviyyəsi artır. Alimlər bunun baş ağrılarına səbəb ola biləcəyini irəli sürürlər.

Chosen
39
8
publika.az

9Sources