"Karvan" bu gün daha bir futbolçu ilə müqaviləni yenilədiyini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə imzalanıb.
28 yaşlı futbolçu ötən mövsüm bölgə təmsilçisində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.