EN

Həmin terrora səbəb olduqlarını boyunlarına aldılar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı təqsirləndirilən şəxslər məhkəmədə etiraflar ediblər.

“Qafqazinfo” RİA-ya istinadən xəbər verir ki, onlardan üçü təqsirli olduqlarını boyunlarına alıblar.

Diər biri isə özünü qismən təqsirli bilib.

Fəriduni adlı müttəhim günahını etiraf edib və peşman olduğunu bildirib. Dalerjon Mirzoyev də özünü təqsirli bilərək zərərçəkmişlərdən əfv diləyib. Fayzov özünü təqsirli bilib və terrora görə bağışlanmasını istəyib.

Rəcəbəlizoda “Vilayət Xorasan”ının (terror təşkilatı) üzvü olduğunu və “cihad”a getdiyini, lakin terror aktı törətmədiyini deyərək günahını qismən etiraf edib.

Son məlumata görə, məhkəmə təqsirləndirilən şəxslərin həbs müddətini 6 ay uzadıb.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk rayonundakı “Crocus City Hall” binasında terror aktı baş verib. Hücum edənlər binanın içərisində olan insanlara avtomat silahlardan atəş açıb, sonra zalı yandırıblar. Hücum nəticəsində 149 nəfər ölüb, 609 nəfər yaralanıb və bir nəfər itkin düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
qafqazinfo.az

2Sources