EN

Keçmiş separatçı Ermənistandan qovulur: Qondarma rejimin meri olub

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Məhkəmə qondarma rejimin Xankəndi şəhərinə əvvəllər rəhbərlik etmiş nümayəndəsi, hazırda Ermənistanda ev dustaqlığına  məhkum edilmiş David Sarkisyana qarşı qoyulmuş səyahət qadağasını ləğv edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Sarkisyanın vəkili Ruben Melikyan açıqlama verib.

Bununla da məhkəmə müdafiə tərəfinin müvafiq vəsatətini təmin edib. Keçmiş “mer”i ilə eyni cinayət işində iştirak edən və özünü Xankəndi Ağsaqqallar Şurasının  üzvləri adandıran beş separatçı da barəsində də səfər qadağası götürülüb. 

Xatırladaq ki, Sarkisyan 2024-cü il mayın 25-də həbs edilib. Məhkəmə onu mayın 27-də dələduzluq və sənədləri saxtalaşdırmaq ittihamı ilə azadlıqdan məhrum edib. Ötən il iyunun 13-də məhkəmə Sarkisyanı iki aylıq ev dustaqlığına məhkum edib. 2024-cü ilin iyulunda məhkəmə sabiq “mer”ə inzibati nəzarət tətbiq edib. 

Ötən ilin dekabrında prokurorluq ittihamları dəyişib: Sərkisyana qarşı əvvəllər irəli sürülən dələduzluq ittihamı əvəzinə, özbaşınalıq ittihamı irəli sürülüb. 2025-ci ilin yanvarında məhkəmə Sarkisyana qarşı inzibati nəzarəti ləğv edib.

Qeyd edək ki, David Sarkisyan Nikol Paşinyan hakimiyyətinin daimi hədəfində olduğundan onun Ermənistanda sərbəst fəaliyyət göstərəcəyi və siyasi proseslərə qoşulacağı inandırıcı görünmür. Çox güman ki, səyahət qadağısını ləğv etməklə Ermənistan  hökuməti David Sarkisyanın ölkəni tərk etməsinə şərait yaratmaq istəyir. 

Müşfiq Abdulla  

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
cebheinfo.az

2Sources