EN

Aston Martin F1 komandasındakı payını satır

ain.az bildirir, Sia Az portalına istinadən.

Britaniyanın Aston Martin şirkəti bu il üçün maliyyə proqnozlarına yenidən baxıb. Hesabı qırmaq üçün avtomobil istehsalçısı Formula 1 komandasındakı payını satmaq qərarına gəlib Məlum olduğu kimi, Aston Martin öz yarış komandasının 4,6 faiz payını 146 milyon dollara satdığını rəsmən elan edib.

SİA-nın məlumatına görə, alıcı açıqlanmır.

Alınan vəsait avtomobil istehsalçısının əməliyyat fəaliyyətini dəstəkləmək üçün istifadə olunacaq. Gözlənilir ki, əlavə kapitalın yeridilməsi və sövdələşmədən əldə edilən gəlirlər Aston Martin-ə ən azı ilin sonuna qədər fasiləsiz fəaliyyət göstərməyə imkan verəcək.

Satışa baxmayaraq, uzunmüddətli razılaşma sayəsində Aston Martin Aramco Formula 1 komandasının adı qalacaq. Komanda əvvəllər Racing Point və Force İndia adları altında yarışırdı.

Bundan əlavə, ekspertlərin fikrincə, şirkət inzibati xərcləri azaltmaq və idarəetmə strukturunu sadələşdirmək üçün siyahıdan çıxarılma və özəlləşdirmə imkanlarını nəzərdən keçirə bilər.

Xatırladaq ki, Aston Martin 2018-ci ildə bir səhm üçün 19 funt-sterlinq qiymətə birjaya çıxmışdı. Həmin vaxt şirkətin kapitallaşması 5,76 milyard dollar təşkil edirdi. 2025-ci ildə səhmlərin ümumi bazar dəyəri 1,01 milyard dollar olmaqla cəmi 0,71 funt sterlinq dəyərində qiymətləndirilir.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
sia.az

2Sources