EN

İsrail Qəzzaya yardım aparan maşınlara hücum edir

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İordaniya tərəfi İsraili Qəzza zolağına humanitar yardım aparan yük maşınlarına hücum etməkdə günahlandırıb.

"Report" "The Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Məhəmməd əl-Momani danışıb.

O qeyd edib ki, İsrail qüvvələri humanitar yük daşıyan maşınların anklava getməsinə mane olur.

Momaninin sözlərinə görə, avqustun 3-də bir neçə yük maşını İsrailin maneələri səbəbindən geri dönmək məcburiyyətində qalıb.

O, İsrailin aqressiv davranışı nəticəsində yaralananlaırn olduğunu bildirsə də, təfərrüatı açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
3
azpolitika.info

4Sources