EN

Binəqədi və Sabunçuda oğurluq edən 3 nəfər saxlanıldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar.

Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
18
axar.az

10Sources