“Real Madrid” klubunun qapıçısı Andrey Lunin gələcəyi ilə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az-ın "El Chiringuito TV"ə istinadən yaydığı məlumata görə, avtomobilində azarkeşlərə avtoqraf verən ukraynalı qolkiper Madrid klubunda qalmaq istədiyini bildirib.
Xatırladaq ki, Lunin əsas qapıçı Tibo Kurtuanın sağlam olduğu dönəmlərdə ehtiyat oyunçular skamyasında əyləşir və mütəmadi oyun praktikasından uzaq qalır. Bu səbəbdən onun mümkün transferi ilə bağlı mətbuatda tez-tez iddialar yer alırdı.
Qeyd edək ki, “Real Madrid”in futbolçuları artıq yeni mövsümə hazırlığa başlayıblar. Komanda La Liqanın ilk turunda 19 avqust tarixində “Osasuna”nı qəbul edəcək. Andrey Lunin Madrid təmsilçisinin heyətində indiyədək 62 rəsmi oyuna çıxıb və 70 qol buraxıb.