Bu gün Moskvada (Rusiya) Yauza çayında qəribə dəyişiklik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan kadrlarda çayın rənginin təbii çalarlardan kəskin şəkildə fərqləndiyi aydın şəkildə görünür.
Azreform.info bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.
Şahidlərin sözlərinə görə, Elektrozavod rayonu ərazisində çaya süd-açıq yaşıl rəngdə naməlum maye axıdılıb.
Hazırda maddənin mənşəyi və tərkibi məlum deyil. Yerli ekoloji xidmətlər ərazidə araşdırmalara başlayıblar. Hadisənin çay ekosisteminə təsiri ilə bağlı qiymətləndirmə aparılır.(oxu.az)