EN

Türkiyədə meşəlik ərazidə yanğın başlayıb

Türkiyənin Balıkesir vilayətində meşə massivində yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, yanğın Biqadiç rayonunda meşəlik ərazidə baş verib.

Hadisə yerinə 8 təyyarə, 5 helikopter, 5 yanğınsöndürən maşın və 171 nəfərlik şəxsi heyət cəlb olunub.

Chosen
16
12
demokrat.az

10Sources