EN

"Əl-Hilal"ı Rusiya nəhənginə dəyişə bilər

 "Əl-Hilal" klubunun hücumçusu Aleksandr Mitroviç karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Mozzart Sport"a istinadən yaydığı məlumata görə, "Zenit" Serbiya millisinin üzvünün xidmətində maraqlıdır.

30 yaşlı hücumçu yeni baş məşqçi Simone İnzaqi tərəfindən "Əl-Hilal"ın gələcək planlarına daxil edilməyib. Səudiyyə Ərəbistanı klubu daha məşhur bir forvard transfer etməyə çalışdığı üçün Mitroviçlə yolları ayırmaq istəyir.

Ancaq Mitroviçin yüksək maaş tələbləri transferin reallaşmasına əngəl törədə bilər. Bildirilir ki, "Zenit" artıq futbolçu ilə əlaqə saxlayaraq onunla maraqlandığını çatdırıb.

"Əl-Hilal" isə Mitroviçin maaşındakı fərqi kompensasiya etməyə hazır olduğunu bildirib. Futbolçunun illik qazancı, bonuslarla birlikdə, 20 milyon avronu keçir.

Mitroviç 2023-cü ilin avqust ayından "Əl-Hilal"da çıxış edir. O, bu müddət ərzində 79 oyunda 68 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
90deqiqe.az

1Sources