EN

"Liverpul" İspaniya təmsilçisi üzərində böyükhesablı qələbə qazanıb

İngiltərənin "Liverpul" klubu yoxlama görüşündə İspaniya təmsilçisi "Atletik" üzərində 4:1 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, mersisaydlıların heyətində Rio Nqumоhа, Darvin Nunes və Harvi Elliott fərqləniblər, Aleks Padilla isə avtoqola imza atıb. La Liqa kollektivinin yeganə qolu isə Qorka Quruseta nın ayağına yazılıb.

Qeyd edək ki, tərəflər arasında bu gün saat 23:00-da daha bir yoxlama matçı keçiriləcək.

Chosen
35
1
report.az

2Sources