EN

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mina qurbanı olmuş, əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 4-dədavam etdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.

İfadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanıyaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyinibildirib. İ.Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsinəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlıövladının dağıntılar altında qalaraq xəsarətlər aldıqlarınısöyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş qeyd edib ki, evinin ətrafında heç birhərbi obyekt yoxdur. “Sonradan öyrəndik ki, bu, Ermənistan silahlıqüvvələri tərəfindən atılan “Smerç” raketidir”, - deyə obildirib.

Elçin Bağırov da ifadəsində həmin gün Mingəçevirdə evininyaxınlığına “Smerç” raketinin düşməsi nəticəsində maddi və mənəvizərər çəkdiyini deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanınsuallarına cavabında hadisə nəticəsində özünün, anası NabatBağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki,dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.

Elməddin Əlişanov ifadəsində vurğulayıb ki, işğaldan azadedilmiş Qubadlı rayonunda 2021-ci il fevralın 26-da mina partlamasınəticəsində xəsarətlər alıb, nəticədə bir gözünü itirib.

Samir Sultanov ifadəsində söyləyib ki, 1994-cü ildə Füzulirayonunda yaralanıb və əsir götürülüb. Ermənistanın Gorus rayonundasaxlanılıb, 1995-ci il aprelin 29-da Azərbaycana qaytarılıb.

Balaqardaş Məlikməmmədov qeyd edib ki, 2021-ci il fevralın 4-dəmina partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı daha birhərbçi yaralanıb, digər hərbçi isə şəhid olub.

Nəzərəli Kərimov 2016-cı il mart ayında Tərtər rayonunun Qapanlıkəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsindəyaralandığını deyib.

Samir Piriyev bildirib ki, hərbi xidmət zamanı 2007-ci il mayın5-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlıqüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş digər şəxslər Murad Babayev, Qismət Fərzalıyev,Rəşad Hacıyev, Ramazan Balakişiyev, Sakit Həsənov, Alim Əfəndiyev,Xəzri İsmayılov Nurlan Mansurov, Səməd İsgəndərov, Xətai Mansurov,Turac Nəzərov, Azad Mərdəliyev, Nizami Talıbov, İslam Tatayev, ƏliMehdiyev, Əliabbas Ələmov, Aqşin Ağayev, Samir Səmədov, EmilMəhərrəmov və Kənan Əhədov ifadələrində Vətən müharibəsi zamanıErmənistan silahlı qüvvələrinin açdıqları atəşlər nəticəsindəyaralandıqlarını diqqətə çatdırıblar. K.Əhədov müharibədən sonramina partlaması nəticəsində də xəsarətlər alıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran ƏdalətSultanov 2006-cı il sentyabrın 1-də Füzulinin Alxanlı kəndindəErmənistan silahlı qüvvələrinin təxribatı nəticəsində gülləxəsarəti aldığını söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında SəlimMəmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalısoyqırımı zamanı girov götürüldüyünü qeyd edib. O, Xankəndiyəaparılıb, girovluq zamanı işgəncələrə məruz qalıb, döyülüb. Beş günsonra Azərbaycan tərəfinə qaytarılıb.

Zərərçəkmiş şəxs Məhəmməd Məmmədlinin hüquqi varisi - anasıMehriban Məmmədova ifadəsində övladının Vətən müharibəsi zamanı,2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığıatəş nəticəsində şəhid olduğunu deyib.

Zərərəçəkmiş Elmar İbrahimovun hüquqi varisi - anası Ümmüİbrahimova övladı Elmar İbrahimovun Vətən müharibəsində, 2020-ci iloktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəşnəticəsində şəhid olduğunu vurğulayıb.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Adilə Əliyeva bildirib ki, 1992-ci ildə Xocalısoyqırımı zamanı qohumları və həmyerliləri ilə birlikdə girovgötürülərək Xankəndiyə aparılıb. Soyqırımı zamanı doğmalarıErmənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

Daha sonra məhkəmədə fasilə elan olundu.

Fasilədən sonra prosesdə hakim elan edib ki, təqsirləndirilənşəxs Levon Balayana yeni vəkil təyin olunub. Levon Balayan ona yenivəkil təyin olunmasına etiraz etmədiyini bildirib.

Ardınca məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilmələri ilədavam etdirilib.

Zərərçəkmiş Gəray Həşimov ifadəsində 1992-ci ildə Ağdamrayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə qəlpə yaralarıaldığını diqqətə çatdırıb.

Zülfüqar Hüseynov ifadəsində söyləyib ki, 1991-ci il sentyabrın8-də Ağdam şəhərindən Xocavənd rayonunun Qaradağlı kəndinə gedərkənrayonun Kiş kəndində idarə etdiyi “LAZ” markalı avtobus atəşətutulub. Hadisə nəticəsində avtobusda olan mülki şəxslərdən 8-ihəlak olub, onlarla şəxs, o cümlədən Z.Hüseynov özü yaralanıb.

Faiq Məmmədov ifadəsində 1992-ci il sentyabrın 2-də yaralanmasınəticəsində əsir götürüldüyünü deyib. Əsirlikdə döyülüb,işgəncələrə məruz qalıb. Əsirliyinin 6 ay yarım müddətini İrəvandasaxlanılıb, həmin vaxt məcburi şəkildə müxtəlif işlərə cəlb olunub.2 il 2 ay 14 gündən sonra əsirlikdən qaçıb. Həmin vaxt ŞuşanınXəlfəli kəndində saxlanılırmış.

Bəhram Səmədov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü ilaprelin 20-də Füzuli rayonunda postda Ermənistan silahlıqüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın suallarına cavabındahadisənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsinpozulması nəticəsində baş verdiyini, qarşı tərəfin məqsədinin postualmaq olduğunu, lakin buna nail ola bilmədiyini qeyd edib.

Elşad Səmədov ifadəsində B.Səmədovun dediklərini təsdiqləyib. O,hadisə zamanı güllə yarası aldığını bildirib.

Tural Bəhrəmli ifadəsində 2020-ci il noyabrın 23-də Ağdamrayonunun işğaldan azad olunmuş hissəsində mina partlamasınəticəsində xəsarətlər aldığını diqqətə çatdırıb.

İlqar Səfərov ifadəsində hərbi xidmətdə olarkən 1995-ci ilavqustun 17-də hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlıqüvvələri tərəfindən əsir götürüldüyünü deyib. O və digər əsirlərdöyülüb. Sonradan pul müqabilində Azərbaycan tərəfə qaytarılıb.

Zaur Mahmudov 2023-cü il dekabrın 26-da Ağdamda mina partlayışınəticəsində xəsarətlər aldığını söyləyib.

Rüfət Balaməmmədov 1992-ci il martın 19-da Qazax rayonunun AşağıƏskipara kəndində Ermənistandan açılan artilleriya atəşinəticəsində yaralandığını qeyd edib.

Zərərçəkmiş şəxs Anar Vəliyevin hüquqi varisi – atası HəmzəVəliyev övladının Vətən müharibəsi zamanı Suqovuşanda şəhidolduğunu deyib.

Müşfik Əliyev ifadəsində bildirib ki, 1993-cü il avqustun 23-dəFüzulidən Beyləqana qayıdarkən nəqliyyat vasitəsi Ermənistansilahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə nəqliyyatvasitəsinin sərnişinlərindən 5-i həlak olub. Hadisə zaman o, əsirgötürülüb. 2 il 9 ay 17 gün müddətində Xocavənddə, Xankəndidə, Şuşahəbsxanasında və digər ərazilərdə saxlanılıb. Əsirlik zamanıdöyülüb, işgəncələrə məruz qalıb.

Zərərçəkmiş şəxs Allahverdi Babayevin hüquqi varisi - atası ƏlətBabayev övladının 2020-ci ildə Vətən müharibəsinin ilk günündəSuqovuşan istiqamətində şəhid olduğunu diqqətə çatdırıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran Rəşad Həziyev 2021-ci ilsentyabrın 30-da Ağdamın Şelli kəndində mina partlaması nəticəsindəxəsarətlər aldığını bildirib.

Sahib Abdullayev ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanıyaralandığını deyib.

Afiq Qasımov ifadəsində 1993-cü il yanvarın 4-də əsirgötürüldüyünü, aprelin 26-da Azərbaycan tərəfinə qaytarıldığınısöyləyib. Bildirib ki, əsirlik zamanı döyülüb, işgəncələrə məruzqalıb.

Elməddin Alışanov ifadəsində 1994-cü il aprelin 18-də yaralıvəziyyətdə əsir götürüldüyünü qeyd edib. Əsirlik müddətindəAğdamda, Xankəndidə, habelə digər ərazilərdə saxlanılıb, SamvelBabayan üçün evin tikilməsi işlərinə məcburi şəkildə cəlb olunub.Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən dişləriçıxarılıb.

Turan Məmmədovun hüquqi varisi Nağı Məmmədov qardaşının Vətənmüharibəsində, 2020-ci il oktyabrın 7-də Suqovuşanda şəhid olduğunuvurğulayıb.

Yaşar Abdullayev 1994-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə əsirgötürüldüyünü qeyd edib. Əsirlik zamanı Ağdərədə, Xankəndidə, Şuşahəbsxanasında və digər ərazilərdə saxlanılıb. Əsirlikdə mütəmadiolaraq döyülüb, işgəncələrə məruz qalıb.1996-ci il mayın 8-dəAzərbaycan tərəfə təhvil verilib.

Kamil Babayev ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindənəsir götürüldüyünü, 1 il 10 ay saxlanıldığını, əsirlik zamanıişgəncələrə məruz qaldığını bildirib.

Asif Bayramov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü ildəErmənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, birhəftədən sonra Azərbaycan tərəfə geri qaytarıldığını diqqətəçatdırıb.

Eyvaz Həbiyev ifadəsində 1993-cü ildə Murov istiqamətindəErmənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, 2 il 8ay müddətində işgəncələrə məruz qaldığını söyləyib.

Murad Əmirbəyov Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın22-də yaşadığı Qəbələ rayonunun Ermənistan silahlı qüvvələritərəfindən raket atılması nəticəsində yaralandığını deyib.

Rasif Kərimzadə ifadəsində bildirib ki, 2022-ci il oktyabrın2-də Xocavənd rayonunun Böyük Tağlar kəndində şirkət əməkdaşıqismində yenidənqurma işləri ilə məşğul olarkən mina partlamasınəticəsində xəsarətlər alıb.

Zərərçəkmiş digər şəxslər - Rafael Xəlilov, Fuad Musayev, SalmanHəsənov, Pünhan Əliyev, Niyad Əliyev, Emin Camalov, Məsim Əskərov,İbadət Yaqublu və Hüseyin Həmidov ifadələrində müxtəlif tarixlərdəErmənistan silahlı qüvvələrinin təxribatları nəticəsindəyaralandıqlarını vurğulayıblar.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onlarınmüdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını dacavablandırıblar.

Məhkəmə prosesi avqustun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
35
49
az.trend.az

10Sources