EN

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 13 min 500 dən çox müraciət daxil olub

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 13 min 541 müraciət daxil olub.

Təhsil İdarəsindən 525.az-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8124 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2607 müraciət daxil olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2336 sənəd (vətəndaşlar tərəfindən 350 ərizə, Elm və Təhsil Nazirliyindən 496, digər qurumlardan 220, tabelikdə olan təhsil müəssisələrindən 558 məktub və 712 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 474 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
3
525.az

9Sources