EN

Bakıdan rusların erməni mesajına cavab Şəhərlərin adı dəyişərsə...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına reaksiyası birmənalı qarşılanmayıb.

Belə ki, XİN ötən həftə TASS-ın Xankəndinin adının “Stepanakert” kimi təqdim edilməsinə münasibət bildirib və bu kimi halların təkrarlanacağı təqdirdə Azərbaycan tərəfinin qarşılıqlı olaraq Rusiyada bir çox yaşayış yerini öz adı ilə qeyd edəcəyini vurğulayıb. Zatulin buna cavab olaraq, belə bir addımın atılması halında Azərbaycandan Rusiyaya gələn təyyarələrin və qatarların qəbul edilməyəcəyini söyləyib.

TASS-ın sözügedən təxribatı təkrarlana bilərmi? Rusiyanın hava məkanını Azərbaycana bağlaması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Azərbaycana qarşı informasiya və hibrid müharibəsini davam etdirir:

Həmçinin oxuyun:

Əliyevin sözləri Kremli qəzəbləndirdi, iki rus hədəf alındı: Bakının “silahı” Moskvanı ŞOK edəcək

“Bu ölkənin kütləvi informasiya vasitələrində yenə də anti-Azərbaycan mövqeyi ilə yazılar dərc olunur. Moskva Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı və reallıqları qəbul etmir, xüsusən Bakı ilə İrəvan arasında əldə edilən razılaşmalara qısqanclıqla yanaşır. Buna görə də, AZAL-a məxsus mülki təyyarəsinin vurulması məsələsində məsuliyyəti boynundan atır və aqressivliyi artırır. 2021-ci ildə Xankəndində Rusiya hərbçiləri Azərbaycanın razılığı olmadan, erməni əsilli rəssamın büstünü qoymuşdular. Bu, Rusiyanın Qarabağda ermənilərlə birgə hərəkət etməsinin açıq mesajı idi. Azərbaycan artıq həmin büstü götürüb. Lakin Kreml öz xislətinə uyğun Bakıya qarşı düşmən mövqeyində KİV-də məqalələr dərc edir”.

Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, Moskva Azərbaycanın qədim şəhərlərinin adı ilə bağlı da mübahisələr yaradır:

“Bir çox Rusiya şəhərləri qədim türk adlarını daşıyır, ancaq Azərbaycan bu məsələdə problem yaratmaq istəmir. Kremldən gələn təxribatlara hazırlıqlı olmalıyıq, çünki bu cür addımlar yenə də davam edəcək. Rusiyanın hava məkanını Azərbaycana bağlamaq məsələsi isə real görünmür və bu, baş tutmayacaq”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
globalinfo.az

2Sources