EN

NHK: Yaponiyanın Yokohama şəhərində atəşfəşanlıq barjı yanıb

NHK:

Yaponiyada atəşfəşanlıq barjında yanğın baş verib

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli NHK televiziya kanalı məlumat yayıb.

Nəşr bildirir ki, gəmi Minato Mirai Smart Festival 2025 atəşfəşanlığının keçirildiyi yerdə olub. Axşam yerli vaxtla saat 20:00 radələrində barjada yanğın baş verib, yanğın hələ də davam edir.

Barjada 5 nəfər işçi olub və hamısı xilas edilib. Jurnalistlərin sözlərinə görə, gəmidə quraşdırılmış atəşfəşanlıq bir neçə dəfə partlayıb. Tədbir təşkilatçıları hüquq-mühafizə orqanlarına “atəşfəşanlığın nəzarətdən çıxdığını” deyiblər. Hazırda ekspertlər hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər.

Məryəm Quliyeva

Chosen
22
1
xalqcebhesi.az

2Sources