EN

Sabunçuda narkokuryer saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş İlkin Aslan saxlanılıb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ondan 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

O, əvvəllər də narkokuryerliklə məşğul olub və narkotiklə əlaqəli cinayətə görə tutulub. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və ayrı-ayrı ünvanlara çatdırmaq müqabilində pul alacağını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən ilin əvvəlindən indiyə qədər keçirilən əməliyyatlar zamanı 70 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Chosen
35
2
ikisahil.az

10Sources