EN

Paşinyanın mətbuat katibi Vaşinqton görüşü barədə məlumat yaydı

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hazırda baş nazir Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilirik.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Belə səfərlər olduğu halda, təbii ki, rəsmi açıqlamalar var və rəsmi açıqlama olarsa, məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda heç bir rəsmi açıqlama dərc etməmişik. Ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin", - Nazirlər Kabinetindən bildirilib. Dominos pizza

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Paşinyan-Əliyevin Cümə günü Vaşinqtonda mümkün görüşü barədə məlumatlar yayılır. ABŞ prezidenti Donald Trampın sülh sazişi imzalamaq üçün Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
yenisabah.az

3Sources