EN

3 bağça müdiri işdən çıxarılıb

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Yanvar – iyul ayları ərzində məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib”. 

Gununsesi.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.

Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələrinə əsasən, müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.

Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
24
icma.az

10Sources