Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək.
Referans xəbər verir ki,bu barədə Milli.Az-a "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, avqustun 5-də Xətai rayonu İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56
və 58 nömrəli binalar; General Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49,51(yataqxana),57 və 59 nömrəli binalar ;
General Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98
və 100 nömrəli binalar; Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar; Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də
48 saylı orta məktəb ünvanlarında 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində "Azəristiliktəchizat" ASC tərəfindən istilik
sistemlərinin sınaq yoxlanması keçiriləcək.
"Bununla əlaqədar olaraq qeyd edilən ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik
sistemlərinə nəzarət olunmasını tövsiyə edirik.
Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli "Çağrı mərkəzi"nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi sizdən xahiş edirik", - məlumatda qeyd edilib.