EN

Dövlət Statistika Komitəsinin elan etdiyi tenderə maraq göstərən olmadı

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən elan edilmiş tender müsabiqəsi baş tutmayıb.

Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi - LƏĞVƏ SÜRÜKLƏDİ
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB

FED.az xəbər verir ki, İKT məhsulları və təsərrüfat avadanlıqlarının satın alınmasını nəzərdə tutan bu tender 04 iyul 2025-ci il tarixində saat 17:04-də elan edilmişdi. Müsabiqənin şərtlərinə əsasən, təkliflərin təqdim olunması üçün son tarix 28 iyul 2025-ci il saat 10:00 olaraq müəyyən edilmişdi. Elə həmin gün və saatda zərflərin açılması da planlaşdırılırdı.

Lakin satınalma prosesi iştirakçı çatışmazlığı səbəbindən ləğv olunub. Qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan minimal sayda (üç və daha çox) uyğun təklifin olmaması tenderin dayandırılmasına səbəb olub. Ehtimal olunan ümumi qiymət 207.525,03 AZN təşkil edirdi. 

Chosen
10
fed.az

1Sources