EN

Avtomobil körpüdən çaya düşdü: yaralananlar var

Qubada avtomobil çaya aşıb.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xınalıq yolunda baş verib.

Belə ki, Şəki rayon sakini Sərdar Abbasovun idarə etdiyi 90-KE-880 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Hadisə zamanı nəqliyyat vasitəsində olan sərnişinlər – Səbuhi Abbasov və Vüsalə Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Chosen
37
10
nocomment.az

10Sources