EN

Nyu-Cersi sahillərində qorxulu anlar: Katerlə toqquşan altımetrlik balina öldü

ABŞ-nin Nyu-Cersi sahillərində qorxunc hadisə baş verib: altımetrlik balina gəzinti qayığı ilə toqquşub. Hadisə nəticəsində dəniz məməlisi faciəli şəkildə ölüb.

Oxu.Az-ın "Fox News"a istinadla verdiyi məlumata görə, hadisə Barnegat körfəzində baş verib.
Kadrlardan aydın görünür ki, kater balina ilə gözlənilməz toqquşmadan sonra güclü şəkildə yırğalanır, nəticədə qayıqdakı sərnişinlərdən biri göyərtədən düşür. Görüntüdə çəkiliş müəllifinin təlaşla qışqırığı da eşidilir:
"Aman Allah, onlar indi (katerdən) düşəcəklər. Biri göyərtədən yıxıldı!"

Zərbədən sonra yaralı dəniz məməlisi yavaş-yavaş qayıqdan uzaqlaşır. Dəniz Məməliləri Xilasetmə Mərkəzindən mütəxəssislər bildiriblər ki, hadisədən dərhal sonra balinanı körfəzin yaxınlığında aşkar ediblər, lakin heyvana kömək etmək cəhdlərinə baxmayaraq, o, aldığı xəsarətlərdən ölüb.
Chosen
32
1
yenilik.az

2Sources