EN

İsti hava bu vaxtadək davam edəcək? – Rəsmi CAVAB

Son illər avqust ayının bəzi günlərində ölkə ərazisində havanın temperaturu iqlim normasından 4.5-7.4° yüksək olub.
 
NOCOMMENT.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Məlumata görə, bu ilin avqust ayının ilk günlərində isə havanın temperaturu iqlim norması ilə müqayisədə 4-4.4° yüksəkdir. Belə hava şəraiti avqust ayı üçün xarakterikdir.
O bildirib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi ehtimal edilir.
“Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Avqustun 9-dan isə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da istilik effektini nisbətən azaldacaq”.\\Bakupost.az
Chosen
8
3
nocomment.az

4Sources