EN

“Dövlət borcu haqqında” Qanuna edilən dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Dövlət borcu haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, büdcə ssudalarının geri qaytarılması üzrə öhdəliklərin icrası ilə bağlı qaydalarda dəyişiklik edilib.

"Büdcə sistemi haqqında" Qanunun 1.1.13-cü maddəsinə uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Təminat Fondunun vəsaitindən istifadə edə biləcək.

"Büdcə sistemi haqqında" Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılacaq.

Chosen
1
publika.az

1Sources