EN

Konfrans Liqası: "Sabah" və "Araz-Naxçıvan"ın petensial rəqibləri məlum oldu

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşib.

"Sabah" Bolqarıstanın "Levski" klubunu mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda "AZ Alkmar" (Niderland) - "Vatus" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" - "Omoniya" (Kipr) cütünün qalibi isə Liqa mərhələsinə yüksəlmək üçün PAOk (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.

saytlarin hazirlanmasi

Chosen
20
sportal.az

1Sources