EN

Afinanın tələbinə ABŞ dən ikinci dəfə rədd CAVABI

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ ilə Yunanıstan arasında 2021-ci ildə imzalanmış Müdafiə Əməkdaşlığı Sazişinin 5 illik yenilənmiş protokolu çərçivəsində mümkün dəyişikliklərlə bağlı danışıqlar iki ölkənin texniki heyətləri arasında davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzetinin məlumatına görə, tərəflər protokola edilə biləcək dəyişikliklər mövzusunda bir-birlərinə müxtəlif təkliflər irəli sürüblər. Qəzet yazır ki, bu çərçivədə yunan heyəti Orta Egey dənizində yerləşən İskiri (Skiros) adasında ABŞ-yə hərbi baza verilməsini təklif edib, lakin bu təklif yenidən rədd edilib. 

Yunanıstan 2021-ci ildə də İskiri adasındakı hava limanının hərbi baza kimi istifadəsini təklif etmiş, lakin ABŞ, Türkiyənin göstərəcəyi reaksiyanı nəzərə alaraq bu təklifi qəbul etməmişdi. Sözügedən dəyişikliklə yanaşı, Krit adasının Suda bölgəsində yerləşən ABŞ-nin hava və dəniz bazasının modernləşdirilməsi, Qərbi Trakyada, İskeçə şəhərinin Kayalar (Petrohori) kəndində yerləşən atış təlim sahəsinin ABŞ hərbi qüvvələri tərəfindən istifadəsi, ABŞ-nin Salonikidə (Selanikdə) hərbi varlığını artırması və bu çərçivədə Yunanıstan quru qoşunlarına məxsus Dalipi hərbi kazarmasının ABŞ-yə verilməsi də digər tələblər arasında yer alır. 2021-ci ildə imzalanmış protokolda tərəflərin razılaşacağı təqdirdə Yunanıstanın digər bölgələrində də ABŞ-yə hərbi imkanlar təqdim edə biləcəyi ifadəsi yer alır. 

Nigar Hacılı

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources