EN

Avropa nəhəngi "Barselona"nın ulduzunu istədi

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Fermin Lopezi transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" futbolçu üçün “Barselona” ilə müqaviləsindəki şərtlərdən daha sərfəli şərtlər irəli sürüb. "Mançester Yunayted"in Fermin Lopezə məvacib təklifinin “Barselona”da aldığı məvacibdən iki dəfə çox olduğu iddia edilib. İddialara görə, İngiltərə nəhəngi futbolçu üçün "Barselona"ya 70 milyon avro ödəməyə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl "Barselona"nın əlverişli şərtlər qarşılığında Fermin Lopezi klubdan göndərə biləcəyi barədə xəbərlər dərc edilmişdi.

Chosen
2
metbuat.az

1Sources