Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib.
OLAY Qafqazinfo-ya istinadən yazır ki, Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib: “Heç nə, yaşayıram”.
Xatırladaq ki, bir neçə gün əvvəl “Day.az” informasiya portalında yer alan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə toxunulub. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə ciddi zərbələr endirilib və Əbülfəs Qarayev də digər bir neçə məmur kimi vəzifədən kənarlaşdırılıb.