EN

“Bakı Metropoliteni”nin yeni təyin edilmiş iki departament rəisi vəzifəsindən azad edilib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.

Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunmuşdular.

Chosen
32
37
banker.az

10Sources