Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.