EN

İtaliyalı olimpiya mükafatçısı dünyasını dəyişib

Məşhur italiyalı basketbolçu Marko Bonamiko dünyasını dəyişib.

Bakues.az xəbər verir ki, bu barədə İtaliya Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

O, 68 yaşında vəfat edib.

Qeyd edək ki, Marko Bonamiko Moskva-1980 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, İtaliya millisi ilə yarımfinal mərhələsində SSRİ seçməsinə 87:85 hesabı ilə qalib gəlib, finalda isə Yuqoslaviyaya 77:86 hesabı ilə uduzub.

Chosen
12
1
icma.az

2Sources