EN

Arestoviç: “Ukrayna 12 vilayət itirə bilər”

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç “YouTube”- kanalında belə deyib. “Sonra Zalujnı Londondan başqa bir helikopterlə gəlir və taxtda oturur. Bəs nə baş verir? O, müqaviləni tanımaq istəməyəcək. Əgər belə olarsa, Rusiya altı, səkkiz və ya 12 bölgəni işğal edə biləcəyini aşıqlayacaq”, - Arestoviç bildirib.

Vaşinqton və London “gizli seçki” keçiriblər?

Xatırladaq ki, ötən həftə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ və Böyük Britaniya nümayəndələrinin Volodimir Zelenskinin yaxın ətrafı ilə onun Ukrayna prezidenti postundan uzaqlaşdırılması perspektivlərini gizli müzakirə etdikləri barədə məlumat yayıb. Xəbərə əsasən, Alp dağlarında gizli görüş keçirilib və tərəflər “məsələnin çoxdan yetişdiyi” barədə razılığa razılaşıblar. Rusiya XKX-nin iddiasına görə, Qərb artıq Ukrayna Silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnını dövlət başçısı vəzifəsinə irəli sürmək qərarına gəlib. Gizli mələhətləmələrdə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun və Valeri Zalujnının özünün iştirak etdiyi iddia olunur. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
azvision.az

2Sources