Serbiyanın Horgos Sərhəd Keçid Məntəqəsində bir avtomobildə aparılan axtarış zamanı oturacağın altına gizlədilmiş, dəyəri təxminən 42 min avro (1 milyon 978 min TL) olan qızıl zinət əşyaları aşkar edilib. Həm qızıllara, həm də avtomobil müvəqqəti müsadirə edilib.
News24.az xəbər verir ki, Serbiya Gömrük İdarəsinin 30 iyul tarixli açıqlamasına əsasən, həmin avtomobil Macarıstana keçmək istəyərkən yoxlamaya cəlb edilib. Axtarış zamanı avtomobilin oturacağının altında yerləşən çantadan 3 boyunbağı, 14 bilərzik, 4 üzük, 1 cüt sırğa, 5 böyük və 7 kiçik qızıl sikkə olmaqla ümumilikdə 464 qramlıq zinət əşyası tapılıb. Rəsmilər bu qızılların bəyan edilmədiyini və dəyərinin 42 min avro civarında olduğunu bildiriblər.
Qanunvericiliyə görə, gömrükdə saxlanılan əşyaların dəyəri avtomobilin ümumi dəyərinin üçdə birini keçərsə, avtomobilə də əl qoyula bilər. Bu qaydaya əsasən, həmin avtomobil də müvəqqəti olaraq saxlanılıb. Avtomobilin taleyi hüquqi prosedurdan sonra müəyyən olunacaq.
Serbiya Gömrük Xidməti yay aylarında sərhəd keçidlərinin artması ilə bu cür halların çoxaldığını bildirərək, sərnişinlərə qızıl, valyuta və digər dəyərli əşyaları bəyan etmələri ilə bağlı bir daha xəbərdarlıq edib.
Xeyrənsə Piriyeva