EN

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

“Ekosistemin tanınmış simalarından biri olan, “Portmanat” brendinin sahibi, “Portcoin” layihəsinin rəhbəri Telman Axundov “Portcoin” (PTC)

kriptovalyutasının ləğv edildiyi haqqında sosial hesablarında açıqlama verib. Düzü, çox təəccübləndim. Dərhal da Mərkəzi Bankın bununla bağlı rəsmi

məlumatını axtardım. İndiyədək də belə bir rəsmi məlumatın olmaması çox düşündürücüdür. Çünki “Portcoin” layihəsi və digər 3 maliyyə layihəsi

məhz Mərkəzi Bank tərəfindən dəstəklənən Sandbox layihəsi (“Xüsusi Tənzimləmə Rejimi”) çərçivəsində reallaşmışdı. Bu, Azərbaycanın kripto və

maliyyə ekosistemi üçün böyük bir hadisə idi”.

Referans  xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz bildirib./ Musavat.com

Chosen
1
referans.az

1Sources