EN

Demokratlar Trampı Fələstini tanımağa çağırırlar

"Axios" xəbər saytının öz mənbələrinə istinadən yaydığıməlumatagörə, indiyədək 13 üzvün imzaladığı məktubu keçən həftə kaliforniyalı nümayəndə Ro Kanna irəli sürüb. Məktubda vurğulanır ki, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri aparılan müharibə "dünyaya Fələstinin öz müqəddəratını təyin hüququnu tanımağın vacibliyini açıq-aydın göstərir".

"Bu məsələ çoxdan öz həlli tapmalı idi. ABŞ Fransa,Britaniyavə digər dövlətlərin Fələstini rəsmən tanımaqla əlaqədar vədlərini diqqətdə saxlayır. Başqa ölkələrin, o cümlədən ABŞ hökumətini də oxşar addım atmağa çağırırıq",- məktubda deyilir.

Eyni zamanda, məktubu imzalayanlardan biri, texaslı nümayəndə Al Qrin sayta açıqlamasında söyləyib ki, yaxın gələcəkdə Nümayəndələr Palatasında "Fələstinin mövcudluq hüququnu təsdiqləyən" qətnamə irəli sürməyi planlaşdırır.
Kanada da Fələstini tanıyacaq

Xatırladaq ki, ötən günlərdə Fransa, Britaniya və Kanada Fələstinin müstəqil dövlət statusunu tanıyacağını diqqətə çatdırıb. Britaniya mətbuatı həmçinin Baş nazir Kir Starmerin Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutansülh planıüzərində işlədiyi barədə məlumat yayıb.

Firudin Həmidli
AzVision.az
Chosen
4
2
azvision.az

3Sources