EN

Turizmə azadlıq verən digər əyləncə növləri də leqallaşdırmalıdır —TƏKLİF

"Kazinolar turizmin inkişafına dəstək verən amillərdən biridir". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

İqtisadçı bildirib ki, turistlər getmək istədikləri bölgələri seçəndə çalışırlar ki, həm təbii tarixi, həm coğrafi gözəlliklər, həm də həmin ölkədə turistlər üçün azadlıqların miqyası geniş olsun:

"Bu baxımdan, ölkəmiz turizm iqtisadiyyatını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalıdır və turizmə azadlıqları daha da genişləndirməlidir. Müqayisə üçün deyim ki, Gürcüstan həm hərbi coğrafi gözəlliyinə görə, həm də tarixi zənginliyinə, tarixi abidələrin çoxluğuna görə Azərbaycandan heç də qabaqda deyil. Hətta turizmə yatırılan investisiyalar baxımından da Azərbaycandan geridədir. Amma ölkəyə gələn turistlərin sayına görə Azərbaycanı bəzən 3-4 dəfəyə qədər qabaqlayıb". 

Ekspert bildirib ki, bu, Gürcüstanın həm turistlər üçün yaratdığı azadlıqların geniş olması, həm də ölkəyə giriş-çıxışın daha ucuz olması ilə əlaqədardır:

"Bu baxımdan hesab edirəm ki, ölkəmiz turizm sahəsində uğurlu təcrübəyə malik olan ölkələrin təcrübəsindən faydalanmalıdır. 
Kazino bu istiqamətdə turizmə verilən növbəti azadlıqdır. Biz bu istiqamətdə dayanmamalı, turizmə azadlıq verən digər əyləncə növlərini də leqallaşdırmalıyıq".

Əfsanə Kamal
Demokrat.az
Chosen
5
3
demokrat.az

4Sources