Bu günlərdə Türkiyənin Kilis şəhərindən keçməklə Suriyaya Azərbaycan qazının çatdırılması ilə daha bir mühüm tarixə imza atıldı. Artıq Azərbaycan qazına Qərbdə, Avropada deyil, eyni zamanda Şərqdə də ehtiyac duyulduğu Kilisdə baş tutan mərasimlə təsdiqini tapdı. Ancaq Suriyada uzun illər vətəndaş müharibəsi olduğundan və müharibə nəticəsində enerji və qaz xətləri zədə gördüyündən ümumilikdə ölkəni təbii qazla təmin etmək problemə çevrilir. Problemi yoluna qoymaq üçünsə qaz xətlərinin yenidənqurulmasına ehtiyac var.
Newscenter.az-ın əldə etdiyi məlumata görə, bu işdə də Azərbatcan Suriya tərəfində dəstək olacaq. Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən işçi qüvvəsi Suriyaya göndəriləcək. Bununla bağlı İstehsalat Birliyinin paytaxt və regional idarələrinə məlumat göndərilib və könüllülük prinsipi əsasında Suriyaya qaz xətlərinin bərpa və yenidən qurulması işlərinə qoşulmaq üçün işçilər yığllır.
Süleyman