EN

Kosmosda səssiz müharibə başlayır Çin ABŞ nin “Starlink” peyk şəbəkəsinə vura bilər

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Dünyanın ən böyük peyk şəbəkəsi olan ABŞ-yə məxsus "Starlink" Çin hökumətinin hədəfinə düşüb. Pekin "SpaceX"-in idarə etdiyi bu şəbəkənin hərbi məqsədlər üçün istifadə edildiyini əsas gətirərək, lazer silahlarından istifadə də daxil olmaqla bütün hücum planlarını araşdırır.

Bu barədə "Associated Press" nəşri məlumat yayıb.

Məlumata görə, çinli alimlər və hərbi strateqlər, "Starlink" şəbəkəsini funksiyasız etmək üçün intensiv çalışmalar aparırlar. 

Çinin üzərində çalışdığı ən diqqətçəkən texnologiyalar arasında yüksək güclü, istiqamətləndirilmiş enerji lazer silahları var. Bu lazerlər həm quru, həm də sualtı platformalardan atıla bilər və "Starlink" peyklərinə birbaşa zərbə vurmağı nəzərdə tutur.

Qeyd olunur ki, bundan əlavə, Çin “qatil peyklər” adlandırılan, ionlarla təchiz olunmuş və "Starlink" terminallarına fiziki müdaxilə edə biləcək peyklər üzərində də işləyir. Kimyəvi aşındırıcı maddələr vasitəsilə peyklərin günəş panellərinə zərər vermək planları da gündəmdədir.

Bundan əlavə qeyd olunur ki, Çin "Starlink"-ə rəqib olaraq "Guowang və Qianfan" adlı milli peyk internet proqramları üzərində işləyir. Lakin indiyə qədər yalnız 100-dək peyk orbitə buraxılıb. Gələcəkdə bu sayı 15000-ə çatdırılması planlaşdırılır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
azpolitika.info

2Sources