EN

Ayağı kəsilmiş keçmiş döyüşçü vəhşicəsinə döyüldü

Bir qrup şəxsin Rusiya-Ukrayna müharibəsinin iştirakçısını döydüyünü göstərən videonun internetdə yayılmasından sonra Tümen polisi araşdırma aparıb.

Publika.az "Ura.ru"ya istinadən xəbər verir ki, insident avqustun 2-də yerli "Dvor MKhT" barının yaxınlığında baş verib.

Anonim "Telegram" kanallarında yayılan məlumata görə, münaqişə müəssisə daxilində başlayıb. Şahidlərin bildirdiyinə görə, veteran təsadüfən hücum edənlərdən birinə toxunub, bundan sonra şifahi mübahisə yaranıb.

“Zalda şifahi mübahisə zamanı nəzakətli olsam da, onlardan biri məni söyməyə başladı", - deyə şahid bildirib.

Daha sonra həmin şəxslər veteranı çölə çıxararaq döyməyə başlayıblar. Hadisə şahidləri müəssisənin mühafizəçilərinin davranışından xüsusilə qəzəbləniblər. Onların sözlərinə görə, mühafizə işçiləri davanı dayandırmağa cəhd etməyib, polisə məlumat verməyib, əksinə zərərçəkmişin müdafiəsinə qalxmaq istəyən şəxsə buna imkan verməyiblər.

Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə idarəsi onlayn yayımlanan məlumatın qeydə alındığını təsdiqləyib.

Chosen
7
publika.az

1Sources