EN

“Boeing” şirkətinin 3 min işçisi tətilə çıxıb

Bakı. Trend:

Bazar günü “Boeing” şirkətinin 3 mindən çox əməkdaşı Missuri vəİllinoys ştatlarında tətilə çıxır. Kütləvi etiraza səbəbəməkdaşların aviasiya şirkəti ilə əmək müqaviləsinə düzəlişlərirazılaşdıra bilməməsidir. Etirazçılar onlara təklif olunan 4 illikəmək müqaviləsini rədd ediblər.

Trend bu barədə“Independent” nəşrinə istinadən xəbər verir.

Tətil elan edən əməkdaşlar yüksək texnologiyalı təyyarə və silahsistemləri, o cümlədən, F-15, F/A-18 reaktiv qırıcılarının, eləcədə, müxtəlif ballistik raket və müdafiə texnologiyalarınınyığılması və texniki qulluğu ilə məşğul olur.

"Boeing" şirkəti yaydığı açıqlamada əməkdaşlarının qərarından“məyus olduqlarını” bildirib. Şirkət qeyd edib ki, təklif “ortahesabla 40 faiz əməkhaqqı artımı və alternativ iş qrafikləri iləbağlı əsas problemi həll edən” razılaşma idi.

“Biz tətilə hazırıq və artıq ehtiyat planımızı tam şəkildə icraetmişik ki, tətil etməyən işçi qüvvəmiz müştərilərimizə dəstəyidavam etdirə bilsin”, – deyə şirkət əlavə edib.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources