
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Yeniavaz.com xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatmanın nəticəsinə əsasən, “Köhlən atlar” III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdıra bilsələr, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaqlar.