"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlsə, potensial rəqibi məlum olub.

Offsideplus.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib. Ağdam təmsilçisi "Şkendiya" səddini keçsə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

İlk matç səfərdə baş tutacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda oynanılacaq.

Hər iki rəqib "köhlən atlar"a yaxşı tanışdır. Onlar hər iki komandanı daha öncə mübarizədən kənarlaşdırmağı bacarıb.

Qeyd edək ki, "Qarabağ" daha öncə 4 dəfə Çempionlar Liqasının sonuncu təsnifat mərhələsində mübarizə aparıb. Onlar cəmi 1 dəfə bu turu keçməyi bacarıb və əsas mərhələdə mübarizə aparıb.