EN

ABŞ və İsrail HƏMAS-a ultimatum hazırlayır

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-a ultimatum hazırlayırlar.

“Report” xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən yazıb.

"Tramp və Netanyahu HƏMAS-a ultimatumun verilməsini nəzərdə tutan yeni təklif üzərində işləyirlər", - məlumatda qeyd olunub.

Ultimatumun şərtlərinə əsasən, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və hərəkatın tərk-silah edilməsini də əhatə edən atəşkəs şərtlərinə razılaşmalıdır. Əks təqdirdə İsrail ordusu kampaniyanı davam etdirəcək.

Chosen
9
4
report.az

5Sources