EN

İqlim Dəyişmələrinin Aqrar Sahəyə Təsirinə dair Maarifləndirmə mövzusunda təlim keçirilib - FOTOLAR

31 iyul 2025-ci il tarixində Xaçmaz rayonun Qalağan İƏD-də “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi tərəfindən İqlim Dəyişmələrinin Aqrara Sahəyə Təsirinə dair Maarifləndirmə mövzusunda təlim keçirilib və 24 nəfərin iştirakı təmin edilib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə adı çəkilən layihə icra edilib. Layihə rəhbəri Famil Baxışov təlimi giriş sözü ilə açıq elan etmiş və təlimdə iştirak edən kənd sakinlərini salamlamışdır. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükut edlan edilmişdir.

Xaçmaz kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai birliyinin sədri və Layihənin rəhbəri Famil Baxışov təlimçi Faiq Şeydayevə söz verərək ona tərcümə halını iştirakçılara çatdırmışdır. Təlimçi torpaqın, suyun, əkin sahələrinin, meşələrin və bizi əhatə edən təbiətin qorunmasından ətraflı danışmışdır. Aqrar sahədə xəstəlik və ziyanvericilərə qarşı mübarizə aparmasından, zoobaytar qaydalarının vaxtında icra edilməsindən ətraflı danışdı.

Sahibkarlardan Atayev Rizvan, Balabəyov Arzuman, Quliyev Salman, Ağayev Rauf və başqaları fəaliyyət göstərdiyi sahələr üzrə təlimçiyə müraciət etdilər və mövzular üzrə verilən hər bir cavab iştirakçıları sevindirdi. Təlmin sonunda Qalağan Kənd İƏD-in nümayəndəsi Nəsirov Xalid çıxış edərək qonaqlara minnətdarlığını bildirdi  və belə tədbirlərin müntəzəm olaraq keçirilməsini təklif etdi. 

"Cebheinfo.az"

Chosen
1
3
cebheinfo.az

4Sources