EN

6 aylıq uşaq infarktdan öldü - Yenilənib

Sumqayıtda körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, avqustun 1-i saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci təvəllüdlü oğlan uşağı hospitalizasiya olunub:

“Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib. 

Vəziyyəti ağır olan körpənin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.08.2025-ci il tarixində saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb”.

Chosen
5
13
qafqazinfo.az

10Sources