Fransalı velosipedçi qadın Polin Ferran –Prevo “Tur de Frans” çoxgünlük velosiped yarışının final mərhələsində qadınlar arasında ən güclü olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Euronews.com” məlumat yayıb.
“Visma - Lease a Bike” komandasını təmsil edən 33 yaşlı idmançı finişə 3 saat 38 dəqiqə 23 saniyəyə çatıb. Ümumi sıralamada o, 2023-cü ilin çempionu hollandiyalı Demi Vollerinqi 3 dəqiqə 42 saniyə qabaqlayıb. Üçüncü yeri “Böyük Döngə”nin hazırkı çempionu polşalı Kajina Nevyadoma tutub.
“Olimpiya titulunu qazandıqdan sonra mən öz-özümə dedim ki, yaxın üç ildə “Tur de Frans”da qalib gəlməyə çalışacağam”, - Ferran –Prevo bildirib.
Bazar günü velosipedçi qadınlar üç böyük dırmaşma ilə Praz-sur-Arlidən Şatelə qədər 124 kilometrlik marşrut qət ediblər.
Keçən il Paris Oyunlarında o, dağ velosipedi yarışında kross-kantridə Fransa komandasına qızıl qazandırdı. "Komanda yoldaşlarım bütün həftə bu qələbə üçün çox çalışdılar. Mən sadəcə sizə təşəkkür etmək və onları təbrik etmək istəyirəm", - o əlavə edib.
Almaz Həsənli